Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 07:02
"Milan"ın formasını geyən ulduz oyunçu Zlatan İbrahimoviçin koronavirus səbəbiylə futboldan ayrıldığı iddia edilib.
Sonxeber.net xəbər verir ki, 38 yaşlı hücumçu mövsümün sonunda futboldan ayrılmaq qərarına gəlib.
Z. İbrahimoviç koronavirus səbəbi ilə ölkəsi İsveçə gedib. Eyni zamanda, epidemiyaya görə futbol həyəcanını itirib və ayrılmaq haqda ciddi düşünür.
Qeyd edək ki, isveçli ulduz əvvəlki açıqlamalarında 40 yaşına qədər oynaya biləcəyini söyləmişdi. (publika.az)