Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

Tarix: 29 Mart 2020 08:28

Serbiyalı tennisçi, dünya şöhrətli Novak Cokoviç ölkəsində koronavirusla yardım fonduna bir milyon avro ianə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ayrılan pulla respirator və tənəffüs cihazları alınacaq. İdmançı bu barədə "Instagram"dakı səhifəsində məlumat verib. O bildirib ki, köçürülən vəsaitə Çindən və Almaniyadan xüsusi tibbi avadanlıq gətiriləcək. O, həmçinin virusla mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edib.

Bir neçə gün əvvəl məşhur tennisçilər - isveçrəli Rojer Federer və ispaniyalı Rafael Nadal da ölkələrindəki müvafiq fondlara maddi yardımlar göstəriblər.

Milli.Az


Etiketlər:  Məşhur idmançı koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib


RƏYLƏR