Tarix: 30 Mart 2020 18:46
UEFA-nın növbəti videokonfransının vaxtı müəyyənləşib.
Qol.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Aprelin 1-də günorta saatlarında UEFA-nın quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə videobağlantı quracağı bildirilib.
Videokonfransda iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, eyni zamanda koronavirus pandemiyasına görə dayandırılan milli çempionatların və avrokubokların bərpa müddəti, milli komandaların yeni təqvim məsələsi, oyunçu müqavilələri və transfer sistemi müzakirə olunacaq.