Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək

Tarix: 30 Mart 2020 20:32

Bakı. Trend:

“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək.

Trend-in İspaniya mətbuatına istinadən məlumatına görə, artıq klub mükafat fondunu azaltmağı düşünür.

Komandanın oyunçuları isə rəhbərliyə “Real”ı nümunə göstərir. Çünki Madrid klubunun rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların məvacibini azaltmayacaq. Ona görə, Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyirlər.

Klubun bəzi üzvləri bildirib ki, hazırda yaranan maliyyə problemlərinə görə günahkar rəhbərliyin özüdür.


Etiketlər:  Barselona futbolçulara şərt qoydu Radikal qərarlar qəbul ediləcək


RƏYLƏR