Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 22:06
Dirsəyi uzun müddət masaya söykəmək sağlamlıq problemlərinə səbəb ola bilər!
Sonxeber.net xəbər verir ki, türkiyəli neyrocərrah Kerem Bıkmaz bu barədə vacib məlumatlar verib. Ekspertin sözlərinə görə, bu, sinirlərin sıxışmasına səbəb ola bilər:
"Dirsəkləri uzun müddət masaya söykəmək nəticəsində meydana gələn kubital tunel sindromu, sərçə və adsız barmaqların uyuşması ilə güc itkisinə səbəb olur. Sindrom zamanla xəstənin güc və bacarıqlarının itməsinə gətirib çıxarır. Güclü təzyiq nəticəsində bilək və barmaqlarda uyuşma meydana gəlir". (publika.az)