Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messenger-ə koronavirusla bağlı bölmə əlavə edildi

Messenger-ə koronavirusla bağlı bölmə əlavə edildi

Tarix: 31 Mart 2020 08:32

Feysbuk mesajlaşma tətbiqi olan Messenger-ə koronavirusla bağlı bölmə əlavə edib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət rəsmilərinin verdiyi açıqlamaya görə, Messenger artıq COVID-19 mərkəzinə sahibdir.

İstifadəçilər tətbiqdəki sözügedən bölməyə keçid edərək Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamaları ilə tanış ola biləcəklər.

Bundan başqa, bölmədə alim, siyasətçi, jurnalist, eləcə də müxtəlif önəmli şəxslərin şərhləri də yer alacaq.

Qeyd edək ki, şirkət yalnız Messenger üçün deyil, platformanın özü üçün də koronavirusa qarşı bəzi addımlar atıb. İstifadəçilərin xəbər şəridinə koronavirusla bağlı məlumat ehtiva edən paylaşımlar əlavə olunub. Bundan başqa, qurum rəsmiləri əl dezinfeksiyası, tibbi maska və COVID-19 testləri ilə bağlı bütün reklamlara qadağa qoyub. Şirkət mühəndisləri platformada saxta xəbərlərin yayılmasının qarşısını almaq üçün də iş aparırlar.


Etiketlər:  Messenger koronavirusla bağlı bölmə əlavə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ