Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Panamada koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Panamada koronavirusa yoluxanların sayı min nəfəri ötüb

Tarix: 31 Mart 2020 09:04

Bakı. Trend:

Panamada yeni növ koronavirusa (COVİD-19) daha 86 nəfər yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ölkənin sahiyyə naziri Rosario Terner mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1075 nəfər çatıb, onlardan 888 nəfəri yaşadığı ünvanda təcrid olunub, 109 nəfərə isə xəstəxanalarda zəruri yardım göstərilir. Bildirilir ki, xəstəxanalarda olan xəstələrdən 43-nün vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Panamada koronavirusa ilk yoluxma halı martın 9-u qeydə alınıb.


Etiketlər:  Panamada koronavirusa yoluxanların sayı nəfəri ötüb


RƏYLƏR