Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 14:48
Bakı. İlhamə İsabalayeva - Trend:
Yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında iştirakına yol verənlərin cərimələnməsi təklif edilir.
Trend-in məlumatına görə, bununla əlaqədar "İnzibati Xətalar Məcəlləsi"nə dəyişikliklərin edilməsi təklif olunur.
Bu təklifə əsasən, idman mərc oyunlarının satıcısı tərəfindən yetkinlik yaşına çatmayanların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməsinə görə beş yüz manat məbləğində cərimə ediləcək.