Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2020 16:00
Bakı. Trend:
Dövlət Mülki Aviasiya Agentliyinin rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin çağırışına qoşulub.
Agentlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi və Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Mütəttişliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına qoşulub.
Ölkəmizdə “COVID-19” pandemiyasının qarşısının alınması ilə bağlı görülən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna Agentliyin və Dövlət Mütəttişliyinin rəhbər heyətinin əməkhaqlarından pul vəsaitləri köçürülüb.