Tarix: 30 May 2019 01:40
"Çelsi"nin futbolçusu Eden Hazar London klubundan ayrılacağı ilə bağlı iddialara münasbiət bildirib.Qol.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi bu gün Avropa Liqasının Bakıda keçirilən final oyunundan sonra "BT Sport"a açıqlamasında yayılan xəbəri təsdiqləyib.
"Bəli, düşünürəm ki, bu, vida oyunum idi. Həmişə Premyer Liqada oynamaq arzusunda olmuşam. Dünyanın ən yaxşı klublarından birində 7 ilimi keçirdim. Yəqin ki, indi yeni bir çağırış vaxtıdır" - deyə o bildirib.
Qeyd edək ki, 4:1 hesablı qələbə qazadıqları oyunda dubl edən Hazardın "Real"a keçəcəyi gözlənilir.