Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 17:42
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.
Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.