Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 22:57
Yeni koronavirusu (COVID-19) yayılması ilə əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyada pandemiya elan edib. Pandemiya qarşı mübarizə aparmaq üçün dünya öz ərazilərində fövqəladə vəziyyət və karantin rejimləri tətbiq ediblər.
Epidemiya, pandemiya nədir və karantin rejimləri nə zaman, hansı hallarda tətbiq olunur.
Sonxeber.net bildirir ki, epidemiya tez yayılan infeksion xəstəliklərə deyilir. Əgər infeksion xəstəlik bir neçə ölkəni əhatə edərsə, o zaman pandemiyaya hesab olunur. Bu gün isə yeni koronavirus (COVİD-19) qısa bir zamanda dünya ölkələrini cənginə aldığından pandemiyaya elna olunaraq, beynəlxalq aləm bu dəhşətli infeksion virusa qarşı birgə mübarizə aparmaq qərarına gəlib. Pandemiyanın daha geniş vüsət almamasının və insan ölümünün sayının azaldılması istiqamətində fəaliyyətlərini koordinasiya ediərək lazımi addımlar atrılar. Pandemiyanın qarşının alınması məqsədi ilə demək olar ki, əksər ölkələrdə karantin rejimi və fövqəladı vəziyyət elan olunub. Ölkələrə arasında əlaqələr məhdudlaşırılıb. Koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparmaq üçün sosial və özünü təcrid taktikası seçilib. Bu həm ölkələr arasında, həm də insanlar arasında tətbiq edilməyə başlanılıb.Qeyd edək ki, COVİD-19 virusunun yayıldığı Çinin Uahan şəhərində sosial və özünütəcrid praktikası öz effektini verib.
Müasir dövrümüzdə pandemiyanın tarixi və tətbiqi...
ÜST-in Baş Direkoru Beynəlxalq Tibbi-Sanitariya Qaydalarına əsaslanaraq (Beynəlxalq Tibbi-Sanitariya Qaydaları 2005-ci ildə dünyanın 194 ölkəsi, o cümlədən Azərbaycan tərəfindən imzalanmış və 2007-ci ildə qüvvəyə minmiş beynəlxalq hüquqi sənəddir - red.) bu kimi hallarda ölkələrdən virusun, yoluxucu xəstəliyin yayılması ilə bağlı daxil olan məlumatları, ümumi vəziyyəti nəzərə alaraq, pandemiya elan edə bilər. Qaydalara görə, pandemik virusun insandan insana davamlı yoluxması ÜST-in əhatə etdiyi iki müxtəlif regionda baş verirsə, bu, pandemiya kimi qiymətləndirilir.
Bu halda üç dövr nəzərə alınır- Pandemiya arası dövr - Faza-1-3 (Əsasən heyvanlar arasında. Az sayda insan yoluxması.), Pandemiya həyəcanı dövrü - Faza 4 (Aramsız olaraq insandan insana ötürülməsi.), Pandemiya dövrü-Faza 5-6 (İnsanlar arasında geniş yayılmış infeksiya)
Qeyd edək ki, pandemiya insanlıq tarixi üçün o qədər də qeyri-adi hal deyil. Ötən əsrdə üç qrip pandemiyası baş verib: 1918-ci il - İspan Qripi, 1957-ci il - Asiya Qripi və 1968-ci il - Honk Kong Qripi.
2009-cu ilin aprel ayından yayılan H1N1 virusunun ("donuz qripi") ştamlarından birinin səbəb olduğu qrip pandemiyası, qeyri-dəqiq məlumatlara görə, dünyada təxminən yarım milyona yaxın (bununla bağlı 151.700-dən 575.400-ə qədər rəqəmləri səsələndirilir) insanın ölümünə səbəb olub. Ən məşhur pandemiyalar isə qədim dövrlərdən tutmuş XX əsrin əvvəllərinədək tüğyan edən su çiçəyi, vəba və taun pandemiyalarını saymaq olar. Yuxarıda da qeyd olunduğu kimi, 20-ci əsrin əvvəllərindən bəri bəşəriyyət bir neçə pandemiya yaşayıb. 1918-1919-cu illərdə "ispan qripi" (qrip növlərindən biri) 500 milyondan çox insana yoluxub. Bu qripdən 100 milyona qədər insanın həyatını itirdiyi bildirilir. 18 ay ərizndə tüğyan edən bu qrip bəşəriyyət tarixində ölüm hallarının sayına görə ən böyük pandemiyadır.
1957-1958-ci illərdə baş verən Asiya qripi pandemiyası zamanı dünyada 2 milyon insan həyatını itirib. 1968-ci il - Honk Kong Qripi pandemiyası zamanı isə 1 milyon insanın öldüyü bildirilir.
Daha əvvəlki pandemiyanın elan olunmasına səbəb olan H1N1 ("donuz qripi") virusunun yayılması 2009-2010-cu illərdə baş verib. ÜST-in məlumatına görə, pandemiya 214 ölkədə dünya əhalisinin 30%-ə qədərini əhatə edibı, 18 mindən çox (18 min 449) insan həyatını itirib.
Məlumatlara görə, COVID-19-un pandemiya elan edilməsi əslində insanlar üçün böyük məhdudiyyətlər yaratmaya bilər. Pandemiya halında, hər bir ölkə öz istəyi ilə hərəkət edir, ÜST isə yalnız tövsiyələr verə, əlavə tədbirlər həyata keçirməyə də bilər.
ÜST-ün ümumi qaydalarına görə, pandemiyaya müvafiq olaraq, kəskin respirator infeksiyası olan insanlar evdə qalmalı, ailə üzvləri və kənar insanlarla təmasları minimuma endirməli və xəstəliyin hər hansı bir əlamətini hiss edən kimi özünü təcrid etməlidir.
Karantin nə deməkdir?
Karantin sözü fransız v iltalyan sözü olub -qırx gün deməkdir. Yəni çiçək və vəba xəstəlikləri 40 gün davam etdiyindən bu karantin sözü də oaradn meydana gəlib. Karantin rejimi epidemiya və infeksion xəstəliklərin qarşısını almaq üçün tətbiq edilən məhdudlaşdırıcı rejimdir. Ölkələrə karantin rejimini tətbiq etməklə epidemiya ocağını tam izolyasiyaya etməklə, daha doğrusu insanların bir-biri ilə münasibətini minimuma endirməklə qarşısını almağa çalışırlar.
Azərbaycanda da koronavirus pandemiyasına qarşı effektiv mübarizə aparmaq məqsədi ilə bütün ölkə ərazisində ciddi karantin rejimi tətbiq olunub.
Hələ də bəzi insanlarımız bunun mahiyyətini, nə üçün tətbiq edildiyini dərk etmədiyindən tətbiq edilən karantin rejiminin qaydalarını pozurlar. Ancaq onlar unudurlar ki, bu qaydaları pozmaqla həmin şəxslər təkcə öz sağlamlıqlaırnı deyil, digər insanların, o cümlədən ən yaxınlarının da sağlamlığını təhlükə altında qoymuş olurlar.
Azərbaycan dövləti bütün ölkə ərazisində ciddi karantin rejimini tətbiq etməklə insanların təhlükəsizliyinin və sağlamlığının müdafiəsinə çalışır. İnsanlar da gərək bu qaydalara ciddi riayət edərək, gözəgörünməz insan qatilinə çevrilən bu virusa qarşı mübarizədə öz töhfəsini verməlidir. Gözəgörünməz, öldürücü düşmənə qarşı ən effektiv mübarizə metodunun ən birincisi insanların bir-birlərini cəmiyyətdən təcrid etməsindən keçir. Daha doğrusu özünütəcrid və sosial təcriddən....
Belə demək mümkünsə, yeni koronavirusun müalicəsi özünütəcrid və sosial təcriddən keçir. Biz nə qədər bu qaydalara riayət etsək, bir o qədər tez bu bəladan qurtula bilərik. Gəlin cəmiyyət və insanlıq qarşısındakı məsuliyyətimizi dərk edib, tətbiq edilən qaydalara əməl edək. (ölkə.az)