Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yuventus”da yeni müqavilə

“Yuventus”da yeni müqavilə

Tarix: 2 Aprel 2020 09:22

İtaliya çempionu "Yuventus" yarımmüdafiəçisi Blez Matuidi ilə müqavilənin müddətini uzadıb.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı futbolçunun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaqdı. Lakin tərəflər bu müddəti 2021-ci ilin yayına kimi artırıblar.

Qeyd edək ki, bir müddət öncə Matuidinin koronavirus pandemiyasına yoluxduğu da açıqlanmışdı. Lakin hazırda o, özünü yaxşı hiss etdiyini və koronavirusun simptomlarından heç bir əziyyət çəkmədiyini bildirib.

Matuidi bu mövsüm müxtəlif turnirlər çərçivəsində 31 oyuna çıxıb, 1 qola imza atıb.

Milli.Az


Etiketlər:  Yuventusda yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ