Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Buna layiq deyildik, çünki...'' - Petr Çex

''Buna layiq deyildik, çünki...'' - Petr Çex

Tarix: 30 May 2019 10:16

"Özümlə və bu matçdakı oyunumla qürur duyuram. Görüşdən əvvəl bəzi təzyiq və söz-söhbət var idi, amma meydanda əlimdən gələn hər şeyi etdim. Bu mövsümü kuboksuz başa vurduğum üçün təəssüflənirəm. Buna layiq deyildik, çünki mövsüm ərzində çox çalışdıq. İnsanlar üçün bu mövsümü kuboksuz başa vurduğumuzu demək asandır. Amma hər kəs əmin ola bilər ki,  etdiyimiz işlər komandanı daha da gücləndirəcək".

Qol.az-ın məlumatına görə, bu sözləri "Arsenal"ın qapıçısı Petr Çex Avropa Liqasının finalında "Çelsi"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Bu görüşlə futbolçu karyerasını başa vuran çexiyalı qolkiper "Çelsi"də bir vəzifədə işləyəcəyi iddialarına da münasibət bidirib: "Kuboku qaldırmağı və bundan sonra düşünmək istədiyimi həmişə söyləmişdim. 30 iyuna kimi "Arsenal"ın oyunçusuyam. Nələrin olacağını sonra görəcəyik".

 


Etiketlər:  Buna layiq deyildik çünki Petr Çex


RƏYLƏR