Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 11:20
"Bu, çətin mövsüm idi. Baş məşqçi dəyşikliyi, eniş və yüksəlişlər oldu. Mövsümün əvvəli iki hədəfimiz var idi. İngiltərə Premyer Liqasında Çempionlar Liqasına vəsiqə qazanmaq və Avroliqanın qalibi olmaq. Hər iki hədəfimizə çatdıq. İndi 2-3 gün istirahət edib, sonra millinin düşərgəsinə gedəcəm".
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Çelsi"nin futbolçusu Emerson Palmieri Avroliqanın finalında "Arsenal"a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, komandanın baş məşqçisi Maurisio Sarriyə bu matçdan əvvəl edilən tənqidlərə də münasibət bildirib: "Nəticəni gördünüz? Bu mövsüm nələrə nail olduğumuz göz qabağındadır. Bu, çətin idi, amma biz bacardıq. Daha nə lazımdır?".