Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 12:55
"Hamımız günahkarıq. Bütün dünya... Hər şey bax belə sıfırlanarmış. Heç birimiz süddən çıxmış ağ qaşıq deyildik".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Sənətçi Türkiyəli ifaçı Sərdar Ortacın paylaşdığı "İndi daha çox pulun, çantan, brend geyimlərin, bahalı ayaqqabıların olsa belə, hara gedəcəksən, harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən" sözlərini səhifəsində yayımlayaraq bunları əlavə edib:
"Geyimləri, sürdükləri, evləri ile öyünənlər, bir-birinin acığına malları ile yarışanlar... "Dövran gələr" deyirdilər, bax, o gün bu günlər imiş. Qorxu içində yaşamaq... Artıq mal-mülk də gözdə deyil, ancaq can sağlığı istəyirik. Allah keçsin hər birimizin günahından. Allah rəhm edə, bizə yenidən şans verə, bu bəladan qurtara bizi. Biz də adam olarıq, köhnə nadanlıqları etmərik. Dua edək, rəbbim bizə mərhəmət etsin".