Tarix: 17 Aprel 2019 10:36
“Bu oyun Madriddəkindən tamamilə fərqli idi. Matçın əvvəlində “döyüş”, gərgin mübarizə oldu”.
Qol.az xəbər verir ki, bu sözləri “Ayaks”ın baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 1/4 finalının “Yuventusl”la cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında deyib.
Hollandiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri görüşü belə şərh edib:
"Yaxşı təşkilatlanmışdıq. Ancaq oyunumuzda çatışmayan məqamlar da var. Bunu aradan qaldırmaq lazımdır. İkinci hissədə “Yuventus”un oyunu alınmadı, bizə boş zonalar verdilər. Sərbəst oynamağa başladıq. Bundan sonra 3-4 qol epizodu yaratdıq”.
Qeyd edək ki, “Ayaks” yarımfinalda “Mançester Siti” – “Tottenhem” cütünün qalibi ilə qarşılaşacaq.