Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2019 12:12
Bakı. Trend:
Polşa Respublikasının vətəndaşı Piotr Leoniak Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bildirən Piotr Leoniak müraciətində səfərin nəticələri barədə məlumatsız olduğunu qeyd edib.
Habelə, o, işğal olunmuş ərazilərimizə gələcəkdə bu cür qanunsuz səfərlərdən çəkinəcəyini bildirib.
Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin