Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 15:21
Bakı. Trend:
Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb.
Trend-in məlumatına görə, videoçarxda, ciddi zərurət olmadığı halda evdən çıxmamaq, təhsil, işləri internet və digər zəruri resurslar vasitəsilə evdə həyata keçirmək tövsiyə olunur. Virusa yoluxma riskini azaltmaq üçün xüsusi krantin rejimi qaydalarına ciddi riayət edilməsi və vətəndaşların evdə qalmasının vacibliyi göstərilir.