Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Aprel 2020 21:21
Koronavirus xəstələrində iy və dadbilmə hissinin itməsi barədə çoxsaylı məlumatlar var. İy və dad bilmə hissinin itməsi həm də koronavirusun əlaməti kimi qəbul edilir. Son günlər sosial şəbəkədə xəstəlikdən sağalan şəxslər də açıqlamalarında iy və dad duya bilmədiklərini vurğulayırlar.
Bəs bu hal nədən qaynaqlana bilər?
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, alimlər də koronavirusa yoluxan bəzi şəxslərin dad və qoxu ayırd etmək qabiliyyətini itirdiyini aşkar ediblər. Harvard Universitetinin tədqiqatçıları koronavirus - COVID-19 olan bir çox xəstə üçün qoxu və dad bilmə hisslərini müvəqqəti itirmələrinin səbəbi ilə bağlı suala cavab tapıblar.
Qeyd olunur ki, dad və qoxu itkisi bütün hallarda COVID-19-a yoluxma əlaməti sayılmasa da, bir çox xəstədə oxşar simptomlar müşahidə edilir. Bildirilir ki, orqanizm burun boşluğunda olan bəzi hüceyrələrə virus daxil olmaması üçün bəzi zülalları "gizlədir". Bu halda isə həmin zülallarda olan dad və iybilmə reseptorları kənarda qaldıqları üçün bu hisslər itir.