Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Skype-da virusa görə bu addım atıldı

Skype-da virusa görə bu addım atıldı

Tarix: 5 Aprel 2020 19:48

Koronavirusa yoluxma hallarının qarşısını almaq üçün karantin  elan olunması görüntülü zəng funksiyası daşıyan platformaları əhatə dairələrini genişləndirməyə məcbur edib. Skype də bir sıra yeniliklər tətbiq edəcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Skype rəsmiləri açıqlamalarında pandemiyadan sonra istifadəçi sayının 40 milyona çatdığını bildiriblər. Onların sözlərinə görə, bu, Skype istifadəçilərinin sayında ay ərzində 70% artım deməkdir. Danışıq dəqiqələrinin də artdığı bildirilir. Skype Meet Now adlı yeniliyini də tətbiq edib. Yeniliyə görə, izləyicilər qeydiyyatdan keçmədən də Skype istifadə edə bilərlər.

Xatırladaq ki, Microsoft şirkəti Skype-ı 2011-ci ildə 8,5 milyard dollara satın alıb.

Milli.Az


Etiketlər:  Skype virusa görə addım atıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ