Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hidrogen yanacaqla işləyən “Skai” adlı ilk uçan taksi təqdim olunub

Hidrogen yanacaqla  işləyən “Skai” adlı ilk uçan taksi təqdim  olunub

Tarix: 30 May 2019 15:24

Beş nəfərlik "Skai" adlı uçan taksi ən çoxu 450 kq ağırlığında yükü qaldıra bilər. Hidrogen yanacaqla işləyən uçan taksinin tam yüklənməsi 4 saatlıq uçuş üçün kifayətdir, ancaq aparatın maksimum mümkün sürəti açıqlanmayıb. Yanacaq doldurma təxminən 10 dəqiqə çəkir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, uçan taksinin dizaynı "BMW" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanıb. Kabinə elə layihələşdirilib ki, içəridən sərnişinlər üçün panorama görünüşü əlçatan olsun. Həmçinin müxtəlif qəzalardan qorunmaq üçün bir neçə təhlükəsizlik sistemi nəzərdə tutulub, hətta aparatın yüngül enişi üçün böyük paraşüt mövcuddur.

 

"Skai" layihəsinin direktoru Stiv Hanvi bildirib ki, belə uçan taksilərin şəhərlərdə insanları daşımasına onilliklər lazımdır. Başlanğıc mərhələdə sözügedən taksilər yüklərin daşınması üçün və ya təcili yardım kimi istifadə edilə bilər.

 

Emil Hüseynov




Etiketlər:  Hidrogen yanacaqla işləyən Skai adlı uçan taksi təqdim olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ