Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

“Regional İnkişaf” İnkişaf Birliyi  ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır

Tarix: 6 Aprel 2020 17:06

Bakı. Trend:

“Regional İnkişaf” İnkişaf Birliyi ehtiyacı olan və yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır.

Birlikdən Trend-ə verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasına qarşı Azərbaycanda dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) xüsusi rejim dövründə aztəminatlı ailələrə sosial yardım göstərmək istəyən şəxsləri vahid virtual məkanda birləşdirən portal yaradır. Hər bir aztəminatlı şəxs, eləcə də yardım göstərərək bu layihədə iştirak etmək istəyən hüquqi və ya fiziki şəxslər portalda qeydiyyatdan keçdikdən sonra onların əlaqələndirilməsi və müvafiq yardımların göstərilməsi təmin ediləcək.

Layihənin məqsədi dövlət tərəfindən həyata keçirilən sosial siyasətə dəstək göstərmək, köməyə ehtiyacı olan insanlara yardım etmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Daxil olan müraciətlər RİİB tərəfindən araşdırılacaq, ərzaq sovqatları hazırlanacaq və onların qısa müddətdə ehtiyacı olan şəxslərə çatdırılması təmin ediləcək. Portalda daxil olan müraciətlər və göstərilən yardımlar barədə məlumatlar mütəmadi öz əksini tapacaq.
Xatırladırıq ki, ərzaq ehtiyacı olan aztəminatlı insanlar və onlara yardım etmək imkanı olan şəxslər portala onlayn qaydada, eləcə də RİİB-in “150” çağrı mərkəzinə zəng etməklə müraciət edə bilər.

Xatırladaq ki, COVID-19 infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 20 aprel 2020-ci il tarixədək elan olunan xüsusi rejim dövründə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti müvəqqəti dayandırılıb, virusa yoluxmada risk qrupuna daxil olduğundan 65 yaşdan yuxarı şəxslərin evdən çıxışı qadağan edilib, yaxın təmasları azaltmaq məqsədi ilə insanların fərdi evlərindən və mənzillərindən çıxışı isə xüsusi qaydalarla tənzimlənməklə məhdudlaşdırılıb.

65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri respublikanın bütün rayon və şəhərlərində bu qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edir, müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, müxtəlif sosial xidmətlər göstərilir.


Etiketlər:  Regional İnkişaf İnkişaf Birliyi ehtiyacı olan yardım göstərmək istəyən şəxslər üçün sosial portal yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ