Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 23:57
Koronavirus pandemiyası yayılandan sonra xüsusi karantin rejimində sağlam qidalanma tərzi populyarlıq qazanıb.
Sonxeber.net xəbər verir ki, passiv həyat tərzinə keçid edən insanlar həm çəki almamaq, həm də sağlam qalmaq üçün təbii qidalara üstünlük verməyə başlayıb.
Koronavirusun hədəf aldığı orqan həyati əhəmiyyət daşıyan ağciyərdir. Buna görə də ağciyərin sağlamlığına xüsusi fikir verməliyik.
Zərərli vərdişlər və ətraf mühitin çirkliliyinin ağciyərə verdiyi zərərləri təbii yollarla azaltmaq olar.
Ağciyər sağlamlığı üçün nə etməliyik?
Ən əhəmiyyətlisi, tütün və spirtli içkidən imtina etmək lazımdır. Birbaşa ağciyərə zərər verən bu maddələr bir müddət sonra tənəffüs çatışmazlığı və nəfər darlığına gətirib çıxarır. Bundan başqa, sağlam qidalanmaq, gündəlik idman etmək və təmiz hava qəbulu ağciyəri toksinlərdən təmizləməkdə effektivdir.
Ağciyəri qoruyan qidalar
Su:
Bütün bədənin toksinlərdən azad olmasına yardım edən ağciyərin təmizlənməsini təmin edir. Buna görə də mütəxəssislər hər gün nimzalı şəkildə 2-3 litr su qəbulunu məsləhət görür.
Zəncəfil:
Tərkibində qida maddələri sayəsində ağciyəri toksinlərdən təmizləyir. Güclü antioksidantdır. Ağciyərlərin sağlam çalışmasına yardımçı olur.
Üzüm:
Bədəndə oksigenin paylanmasını asanlaşdırır və nəfəsin qana qarışmasına yardımçı olur. Çox yaxşı detoks qaynağdır.
Kələm:
Zəngin vitamin və minreallar sayəsində ağciyər dostu adlandırılır. Xərçəng hüceyrələrinin ağciyərdə yayılmasının qarşısını alır.
Çərəz:
Bütün orqanlara faydalı vitamin və minerallar paylayan çərəzlər ağciyər funksiyalarının problemsiz işini təmin edir.
Sarımsaq:
Alternativ təbabətdə antibiotik kimi təqdim edilən sarımsaq ağciyərin təmizlənməsinə yardımçı olur.
Əməköməci:
C vitamini qaynağı olan əməköməci immun sistemini yaxşılaşdırır və bəlğəmqovucu xüssiyyətə malikdir. Öskürəyi kəsir və ağciyərin oksigenlə dolmasını asanlaşdırır.
Evkalipt yağı:
Tənəffüs yollarının açılması üçün qayndaılmış suya bir neçə damla evkalipt yağı damcıladıb buxarını içinizə çəkin. (publika.az)