Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 11:38
Millimizin futbolçusu Renat Dadaşov "Vulverhempton"u yenidən tərk edə bilər.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı hücumçunu növbəti dəfə icarəyə göndərməyi planlaşdırır. Komandanın əsas hücumçusu Raul Ximeneslə rəqabətə girə bilməyən Renatın inkişaf etməsinə imkan vermək üçün klub bu fikrə düşüb.
Qeyd edək ki, R.Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pasuş de Fereyra" klubunda keçirib. O, “Vulverhempton”un U-23 komandası ilə matçlarda iştirak edib.