Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər'' - UEFA prezidenti

''Bu mövsüm avrokuboklar bərpa olunmaya bilər'' - UEFA prezidenti

Tarix: 7 Aprel 2020 16:52

"Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ən gec avqustun 3-də başa çatmalıdır. ÇL-in finalı da bu tarixdə ola bilər".

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin Sloveniya mətbuatına açıqlamasında avrokubokların bərpası ilə bağlı danışarkən deyib.

O bildirib ki, koronavirus pandemiyası nə qədər tez başa çatarsa, matçlar da bir o qədər tez başlaya bilər.

A.Çeferin ÇL və AL-in yerdə qalan oyunlarının yeni formatda davam etdirilə biləcəyini də istisna etməyib: "Avrokubok qarşılaşmalarını neytral stadionlarda və 1 oyundan ibarət sistemlə də keçirmək olar. Hələlik "8-lər finalı" və "4-lər finalı" kimi ehtimallar da var".

Qitə futbol qurumunun rəhbəri avrokubok matçlarının may, iyun və ya iyul ayında başlaya biləcəyini vurğulayıb: "Amma turnirlər bərpa olunmaya da bilər. Səlahiyyətli qurumlar icazə verməsələr, oyunlar olmayacaq. Hər şey ölkələrin verəcəyi qərarlardan asılıdır".


Etiketlər:  mövsüm avrokuboklar bərpa olunmaya bilər UEFA prezidenti


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ