Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 17:34
Hazırda Azərbaycanda koronavirusa yoluxan xəstələrin ümumi sayı 822 nəfərdir. Ümumi sağalmaların sayı 63, ölüm hallarının sayı 8-dir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib deyib.
Onun sözlərinə görə, hazırda aktiv xəstələrin sayı 750 nəfərdir.
R.Bayramlı qeyd edib ki, yoluxma hallarının artması icazə rejimi tətbiq olunmamışdan əvvəl karantin qaydalarına əməl edilməməsinin nəticəsidir.