Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots? - MÜQAYİSƏ

Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots? - MÜQAYİSƏ

Tarix: 9 Aprel 2020 08:12

Hansısa cihazı seçərkən həm keyfiyyətinə, həm də qiymətinin münasibliyinə fikir veririk, qacetin "rəqiblərinə" baxıb müqayisə etməyə çalışırıq. Hazırkı texnologiya bazarında hər məhsulun oxşar prototipi mövcuddur: 1000 manatlıqdan tutmuş 1 manatlığa kimi...

Milli.Az ted.az-a istinadən bildirir ki, hər kəsin Apple məhsullarının qiymətlərindən xəbəri var, ona görə də uyğun qiymətli cihazları "almalı"larla müqayisə etməyə gərək yoxdur. Eyni səviyyədə olan cihazlara gəldikdə isə, zənnimizcə, müqayisə etməyə dəyər.

Beləliklə, Samsung Galaxy Buds, yoxsa Xiaomi Redmi AirDots?

Keçirdiyimiz onlayn müqayisə testinə görə, Samsung Galaxy Buds 100, Xiaomi Redmi AirDots isə 80 xal toplayıb.

Samsung-un naqilsiz qulaqlığı Xiaomi-nin məhsulunu funksionallıq, dizayn, səs keyfiyyəti, mikrofon, qoşulma sürəti cəhətlərində üstələyib.

Niyə Samsung Galaxy Buds Xiaomi Redmi AirDots-dan daha yaxşıdır?

⁃ Batareyanın ömrü 2 saat çoxdur (6 saat 4 saata qarşı)

⁃ Səs-küyü yox edən mikrofona sahibdir

Bu xüsusiyyət audio materialı "filtr"dən keçirərək keyfiyyətli səsi təmin edir.

⁃ Daha 2 mikrofona malikdir (4 mikrofon 2 mikrofona qarşı)

⁃ Səviyyəsi enerji indikatoruna malikdir

⁃ Naqilsiz enerji yığa bilir

⁃ Akselerometrə sahibdir

Akselerometr cihazın xətti sürətlənməsini ölçmək üçün nəzərdə tutulub. Cihazın şaquli vəziyyətdən üfüqiyə keçdiyini müəyyən edir.

⁃ Neodimium maqnitinə sahibdir

Neodimium maqniti ilə təchiz olunan cihazlar digərlərindən daha yüngül və güclüdür. Maqnit vasitəsilə audio materialın bass səsləri və yüksək notları daha aydın səslənir.

⁃ USB Type-C-ə malikdir

Bəs Xiaomi Redmi AirDots-un hansı üstün xüsusiyyətləri var?

⁃ Çəkisi 1,5 qram yüngüldür (4,1 qram 5,6 qrama qarşı)  

⁃ Batareya gücü 37.93% daha çoxdur (80mAs 58mAs-a qarşı)

Cihazların qiymətinə gəldikdə, Samsung Galaxy Buds qulaqlıqlarındaki üstələyici xüsusiyyətlərin olması məsələyə aydınlıq gətirir. Necə deyərlər, qiyməti keyfiyyətinə görədir.

"Kontakt Home" elektronika mağazasında Samsung Galaxy Buds qulaqlıqlarının qiyməti 300 AZN civarındadır, Xiaomi Redmi AirDots isə cəmi 50 AZN-a əldə etmək olar.

Milli.Az


Etiketlər:  Samsung Galaxy Buds yoxsa Xiaomi Redmi AirDots MÜQAYİSƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ