Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 09:50
Bakı. Trend:
"Roskontrol" Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza mərkəzi "quş südü" brendi altıdna satılan şirniyyatların keyfiyyət təhlilini aparıb.
Trend-in məlumatına görə, laborator müayinələrə ""Ptiçye moloko", "Volkskaya ptiçka", "Kommuraka", "Şarlz" və "Ptiçi skazki" şirniyyatları cəlb edilib.
Bir vaxtlar keçmiş SSRİ-də məşhur olan bu brendin hazırda klassik reseptlə hazırlanmasına nəzarət olunur. Təhlil olunan "Volkskaya ptiçka", "Kommuraka", "Şarliz" və "Ptiçi skazki" şirniyyatlarda şokalad qlazurunun əvəzinə konditer qlazurundan istifadə olunduğu məlum olub. Digər nümunələrdə isə kakaonun həddindən artıq olduğu bidlrilir.
Bəzi şirniyyatlarda isə palma yağından istifadə olunduğu aşkar olunub.
Eləcə də, "Ptisa divnaya", "Şarlz" və "Ptiçi skazki" şirniyyatlarının həddən artıq yağlı olduğu bildirilib.
Beləliklə adları çəkilən şirniyyatların heç biri tam keyfiyyətli hesab edlməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin