Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 16:18
Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayı azala bilər.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, qitə qurumu Roma və Bilbao şəhərlərinin iqtisadiyyatının koronavirusa görə zəiflədiyi üçün onların ev sahibliyini almağı düşünür.
Koronavirusun şəhərlər vurduğu maliyyə ziyanı UEFA-nı dəyişikliklər etməsinə səbəb ola bilər. Məlumata görə, bununla bağlı iclas keçiriləcək.
AÇ-2020-nin oyunları 12 şəhərdə baş tutacaq. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşması keçiriləcək.