Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib

Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib

Tarix: 10 Aprel 2020 11:20

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsi aprelin 9-da keçirdiyi videokonfrans zamanı bir sıra idman yarışlarının keçirilmə tarixinin koronavirus pandemiyası ilə əlaqədar dəyişdirilməsi məsələsini müzakirə edib.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya kubokunun nəticələri ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, təsnifat mərhələsinin nəticələri yekun nəticə kimi qəbul edilib və xallar bu nəticəyə uyğun verilib.

Xatırladaq ki, idman gimnastikası üzrə Dünya kubokunun final mərhələsi martın 14-15-də keçirilməli idi. Martın 12-13-də yarışın təsnifat mərhələsi baş tutmuşdu.

Digər qərara əsasən, Bakıda bu il mayın 14-16-da keçirilməsi nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ilə keçirilib.

Batut gimnastikası üzrə dünya çempionatı planlaşdırıldığı kimi 2021-ci ildə Bakıda keçiriləcək.


Etiketlər:  Bakıdakı aerobika gimnastikası üzrə dünya çempionatı 2021 ilə keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ