Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Aprel 2020 11:51
Çində yeni sadə “HONOR Play 4T” və onun qabaqcıl versiyasının rəsmi təqdimatı keçirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, modellər yalnız texniki cəhətdən deyil, həm də görünüşcə fərqlidir. Sadə “HONOR Play 4T” smartfonu 6,4 düymlük LCD displeylə (1560x720 piksel) təchiz edilib. Arxa panelə barmaq izləri skaneri quraşdırılıb. “Play 4T Pro” cihazı 6,3 düymlük OLED displey (2400x1080 piksel) və daxili barmaq izləri skanerinə malikdir.
“HONOR Play 4T” aparatı “Kirin 710A” prosessoru, “Play 4T Pro” isə daha sürətli “Kirin 810” prosessoru ilə təchiz edilib. Hər iki modelə 4000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb, amma sadə model 10 vattlıq, “Pro” model isə 22,5 vattlıq sürətli enerjidoldurma texnologiyasını dəstəkləyir.
“HONOR Play 4T” modeli ikiqat əsas kamera (48 mp-lik əsas sensor (f/1.8 işıq gücünə malik obyektiv) və 2 mp-lik dərinlik datçiki) ilə təchiz edilib. “Play 4T Pro” aparatı əlavə olaraq 8 mp-lik modula malikdir. Smartfonlara quraşdırılmış ön kameraların təsvir ölçüləri müxtəlifdir: “Play 4T Pro”da 16 mp, “Play 4T”da isə 8 mp.
Emil Hüseynov