Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aptekonline.az-da online sifarişi necə edək? (VİDEO)

Aptekonline.az-da online sifarişi necə edək? (VİDEO)

Tarix: 11 Aprel 2020 22:18

Bakı. Trend:

Ölkə əhalisinin çətin günlərində, hər kəsə asan və rahat bir xidmət təqdim edən aptekonline.az, sürətlə bütün müştərilərinin rəğbətini və etibarını qazanmaqdadır. Gigiyenik, kosmetoloji və tibbi vasitələri, həmçinin dərman və dezinfeksiya vasitələrini online şəkildə mobil tətbiq üzərindən sifariş edən istifadəçilər, aptekonline-nın ünvana çatdırılma xidməti vasitəsilə evdən çıxmadan, öz ünvanlarında təhvil alırlar. Xidmətin başqa bir üstünlüyü isə online ödəniş sisteminin mövcud olmasıdır ki, bu da həm sürətli, həm təmassız, həm də təhlükəsiz ödəniş deməkdir.

Qeyd etmək lazımdır ki, xidmət fəaliyyətə başladığı ilk 1 həftə ərzində, yeni olmasına baxmayaraq, bu çətin zamanda 3000-dən çox sifarişi uğurla qəbul edərək ünvanlara çatdırmışdır. Xidmətin mobil tətbiqi qısa müddətdə android istifadəçiləri arasında 10.000 dəfədən, İOS istifadəçiləri arasında isə 5000 dəfədən artıq yüklənilmişdir və aktiv istifadəçi sayı durmadan artmaqdadır.

Bir çox dəyərli müştərimiz mobil tətbiq üzərindən sifarişi necə etməklə bağlı bizə çoxlu suallar ünvanlamışdır. Buna görə də, bu haqda qısa bir videoçarx hazırlayıb ictimaiyyətə təqdim etməyə qərar verdik.


Etiketlər:  Aptekonlineaz online sifarişi necə edək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ