Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əfsanəvi idmançı vəfat etdi

Əfsanəvi idmançı vəfat etdi

Tarix: 13 Aprel 2020 09:46

Əfsanəvi Formula-1 pilotu Stirlinq Moss dünyasını dəyişib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, 90 yaşında həyatla vidalaşıb.

Moss heç vaxt dünya çempionu ola bilməsə də, Formula-1 tarixinin ən istedadlı pilotlarından biri sayılır. Dünya birinciliklərində 4 dəfə vitse-çempion adını qazanan idmançı əfsanəvi "Le Manın 24 saatı" turnirinin qalibidi.
Keçirdiyi 529 yarışdan 212-ni qazanan pilot Formula-1 mərhələlərində 66 dəfə çıxış edib, onlardan 16-da qələbəyə sevinib. 

Stirlinq 1962-ci ildə - Qudvudda 1 ay komada qalmasıyla nəticələnən qəzaya düşəndən sonra karyerasını bitirib.

Milli.Az


Etiketlər:  Əfsanəvi idmançı vəfat etdi


RƏYLƏR