Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 11:26
Rusiyanın "Lokomotiv" klubunun perulu futbolçusu Cefferson Farfan maaş endirimi təklifinə sərt reaksiya verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dünyada yayılmış yeni tip koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox sahələr kimi futbol sənayesi də zərər görüb. Bu səbəbdən bir çox klublar oyunçularına maaş endirimi ilə bağlı təkliflər ediblər.
Farfan isə klubu tərəfindən ona yollanılmış sənədi oxumadan cırıb atdığını deyib: "Doğrudur, futbolda hər şey pul deyil, amma bir anlaşma var. Mənə rusca yazılmış axmaq bir kağız yolladılar. Oxumadan cırıb atdım. O pul mənim haqqımdır. Puluma toxunmayın, nə istəyirsiniz edin".
Qeyd edək ki, "Lokomotiv" futbolçularına 40% maaş endirimi təklif edib.