Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 12:18
Bakı. Trend:
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Trend-ə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən son bir həftə ərzində 2 halda 10 kq 490 qr narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Daxil olmuş əməliyyat məlumatlarına əsasən, “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 kq heroin və 1 kq 950 qr metamfetamin, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 4 kq 730 qr heroin və 1 kq 770 qr metamfetamin aşkar edilərək götürülüb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.