Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabah bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Sabah bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Tarix: 13 Aprel 2020 14:20

Sabah Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Trend-ə məlumat verib.

Bildirilib ki, Xırdalan ETSİ-nin xidməti ərazisində yerləşən 110/35/10 kv-luq "Qobu Yarımstansiyası"ndan qidalanan 10 kv-luq "Qobu-1" və 10 kv-luq "Nübar-1" hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədar olaraq Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində 14.04.2020-ci il tarixində saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.

Milli.Az


Etiketlər:  Sabah bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq


RƏYLƏR