Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA

Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA

Tarix: 13 Aprel 2020 14:42

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyənin koronavirusla əlaqədar olaraq Ermənistana humanitar tibbi yardım etdiyi barədə məlumatlara münasibət bildirib.

Sonxeber.net xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata əsasən, sözügedən məlumatlar həqiqətə uyğun deyil.

"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildirir ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bundan başqa hər hansı bir yardımdan söhbət gedə bilməz", - deyə səfirlikdən bildirilib.


Etiketlər:  Türkiyə Səfirliyindən Ermənistana humanitar tibbi yardım iddiaları ilə bağlı AÇIQLAMA


RƏYLƏR