Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 15:36
Bakı. Trend:
Panamada koronavirus epidemiyası ilə əlaqədar elan olunan karantin rejimində polis maraqlı üsula əl atıb.
Trend-in məlumatına görə, polis əməkdaşları mahnı oxumaq və rəqs etməklə vətəndaşları evdə qalmağa çağırır.
Panama polisi bu cür tədbirlərin karantin dövrü bitənədək davam edəcəyini bildirib.
Qeyd edək ki, bu günədək ölkədə 3 400 koronavirusa yoluxma faktı qeydə alınıb. 87 nəfər isə həyatını itirib.