Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yükdaşımada təmassız keçidin təmini üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır - VİDEO - FOTO

Yükdaşımada təmassız keçidin təmini üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır -  VİDEO - FOTO

Tarix: 13 Aprel 2020 17:20

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan ADY Conteyner koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərini davam etdirir. Bu işlər çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Conteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.

Onun sözlərinə görə, Fider tipli Balkan gəmisi ilə Türkiyə Azərbaycan ərazisindən istifadə olunaraq konteynləşdirilmiş yüklər Orta Asiyaya daşınacaq:

"Bu gündən Türkiyə və Azərbaycan ərazisindən keçməklə Türkmənistan, Qırğızıstan, Özbəkistan, Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsinin sadələşdirilməsi üçün Fider tipli Balkan gəmi xətti fəaliyyətə başlayır və gəmi həftədə bir dəfə olaraq fəaliyyət göstərəcək. Yükün həcmi artarsa, bu xəttin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Bunu "ADY Conteyner" Türkiyənin logistika mərkəzi və Bakı Limanının dəstəyi ilə həyata keçirir".

N.Cəfərov əlavə edib ki, növbəti addımda isə İstanbulun Dərinci və Mersin limanlarından daimi olaraq blok qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək və Orta Asiyaya daşınması həyata keçiriləcək.


Etiketlər:  Yükdaşımada təmassız keçidin təmini üçün Fider tipli Balkan gəmisinin istifadəsinə başlanılır VİDEO FOTO


RƏYLƏR