Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi - AÇIQLAMA

Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi - AÇIQLAMA

Tarix: 13 Aprel 2020 23:45

Siqaret çəkənlərin koronavirusa yoluxmaması ilə bağlı yayılmış mifi növbəti dəfə rədd ediblər.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Rusiyanın Onkoloji Elmi Mərkəzinin profilaktika şöbəsinin rəhbəri Vladimir Levşin "Sputnik" radiosuna müsahibəsində bu barədə danışıb.

O qeyd edib ki, hazırda guya siqaretin koronavirusdan qoruması ilə bağlı müxtəlif yanlış fikirlər səslənir:

"Bu, əlbəttə ki, cəfəngiyyatdır. Siqaret çəkmək koronavirusdan xilas etmir, əksinə, siqaret çəkənlərdə olan xəstəliklər bu virusu özünə cəlb edir".

Alimin sözlərinə görə, 5-6 il siqaret çəkənlərdə xroniki bronxit xəstəliyi yaranır ki, bu da sətəlcəm riskini bir neçə dəfə artırır.


Etiketlər:  Koronavirusun siqaret çəkənlər üçün təhlükəsi AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ