Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 19:36
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı birgə işçi qrup yaradılması təklifini müsbət dəyərləndirib.
Trend-in məlumatına görə, bir neçə gün öncə Ərdoğan növbəti dəfə Trampa Rusiyadan S-400 komplekslərinin alınması ilə bağlı birgə işçi qrupun yaradılmasını təklif etmişdi.
Bu gün isə NTV kanalı ABŞ liderinin türkiyəli həmkarının bu təklifini müsbət qiymətləndirdiyi barədə xəbər yayıb.
Qeyd edək ki, S-400 komplekslərinin alınması ilə bağlı sazişin ümumi dəyəri 2,5 milyard dollara bərabərdir. Komplekslərin Türkiyəyə tədarükü 2019-cu ilin sonu – 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin