Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsine karyerasını ''Napoli''də davam etdirəcək

İnsine karyerasını ''Napoli''də davam etdirəcək

Tarix: 14 Aprel 2020 08:34

İtaliyanın "Napoli" futbol klubunun forvardı Lorenzo İnsine agent Mino Rayola ilə əməkdaşlığı dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Futbol Italia" portalında məlumat verilib.

28 yaşlı futbolçunun bu qərarına səbəb karyerasının sonuna qədər "Napoli" də qalmaq istəyi olub. "Napoli"nin kapitanı müştəriləri fransalı Pol Pogba və isveçli Zlatan İbragimoviç kimi oyunçular olan M.Rayola ilə 2018-ci ildən əməkdaşlıq edib.

L.İnsine 2009-cu ildən "Napoli" komandasının oyunçusudur. Klubda oyunu zamanı onun hesabında 336 matç, 86 qol və 72 faydalı ötürmə var. Futbolçu klubla birlikdə İtaliya kuboku və Superkubokunu qazanıb, İtaliya millisində isə forvard 34 oyun keçirib və yeddi qol vurub.

Milli.Az


Etiketlər:  İnsine karyerasını Napolidə davam etdirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ