Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Tarix: 14 Aprel 2020 08:52

Bildiyiniz kimi Google hazırda Android 11 üzərində işləyir. Android 11-in kernel kodları üzərində işləyən tərtibatçılar bir funksiyanın artıq məcburi şəkildə istifadə ediləcəyini aşkarladılar. Bu funksiya 2016-də Google tərəfindən təqdim olunan Davamlı Yenilənmələr funksiyasıdır. Beləki, bu vaxta qədər bu funksiyanın telefonlara əlavə edilməsi smartfon istehsalçısının seçimindən aslı idi. İndi isə Google tərəfindən məcbur edilir.

Davamlı Yenilənmələr funksiyası smartfonun android versiyasını yeniləyəndə sistemi A və B slotlarına bölərək istifadəçi məlumatlarını qorumağa xidmət edir.

Qısaca belə izah edək ki, smartfonun əməliyyat sistemini yeniləyəndə Davamlı Yenilənmələr funksiyası səbəbilə smartfonun daxili yaddaşı iki ayrı hissəyə bölünür: A və B slotu. Smartfon üzərində olan sistem A slotunda işləyərkən, yüklədiyiniz yenilənmə B slotuna quraşdırılır. Siz smartfonu söndürüb yandırdığınız zaman isə smartfon artıq A slotundan yox, yenilənmiş B slotundan istifadə edir. Əgər yüklədiyiniz yenilənmə problemlidisə, sistem təkrar A slotunu istifadə etməyə başlayır. Beləliklə həm istifadəçi məlumatları qorunur, həm də şirkətlər xətalar olan yenilənmə göndərsə belə smartfonda olan Android sistemi problemsiz şəkildə işləyə bilir.

İndi isə artıq Google, smartfon istehsalçılarından tələb edir ki, Android 11 olan bütün smartfonlarda bu funksiya olmalıdır. Əgər olmasa, smartfonu istehsal edən şirkət Android 11 yenilənməsindən istifadə edə bilməyəcək. Google icazə verməyəcək. Bizim fikrimizcə çox yararlı bir yenilikdir və smartfonlarda mütləq


Etiketlər:  Android Davamlı Yenilənmələr məcburi olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ