Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aprel ayında yağıntıların çoxluğu kənd təsərrüfatı üçün faydalıdır

Aprel ayında yağıntıların çoxluğu kənd təsərrüfatı üçün faydalıdır

Tarix: 14 Aprel 2020 10:00

Bakı. Samir Əli - Trend:

Yazın bərəkətli yağmuru aprel ayında müşahidə edilir. Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının ilk ongünlüyündə isə Respublika ərazisində yağıntılı hava şəraiti üstünlük təşkil edib.

Trend-in məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi bölgələrdə, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv oduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir: “Aylıq proqnoza görə aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür”.

V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.


Etiketlər:  Aprel ayında yağıntıların çoxluğu kənd təsərrüfatı üçün faydalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ