Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 23:06
Bakı. Trend:
Azərbaycanın aparıcı banklarından biri Expressbank, plastik kart sahiblərini Ramazan bayramı ərəfəsində iki qat cashbackla sevindirəcək.
Bankdan Trend-ə verilən məlumata görə, ExpressClub layihəsi çərçivəsində 01 - 05 iyun tarixlərində reallaşan aksiya müddətində Expressbank-ın plastik kart sahibləri seçilən tərəfdaşların xidmətlərindən faydalanaraq, nağdsız ödənişlərdə daha çox cashback qazanma imkanını əldə edəcəklər.
Keçirilən aksiyada Salamander (6%), Geox (6% ), World telecom (4%), Grafika (4%), Saxa kids (10%) mağazaları, İl patio (20%), Dominos pizza (14%), Anadolu (20%), Le kebab (20%) restoran və kafeləri, həmçinin Enar Taxi (10%) taksi xidməti yer alır.
ExpressClub üzvü olan hər kəsə təqdim edilən bütün imkanlardan faydalanmaq üçün Expressbank-ın istənilən plastik kartına sahib olmaq kifayətdir. Bunun üçün şəxsiyyət vəsiqəsi ilə ən yaxın filiala yaxınlaşmaq və ya https://www.exb.az/ vasitəsi ilə onlayn sifariş etmək mümkündür.
ExpressClub haqqında daha ətraflı məlumatı ExpressClub əlavəsini yükləyərək əldə etmək olar. (Yükləmək üçün link : https://www.expressbank.az/expressclub-app)
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin