Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 01:24
Bakı. Trend:
Fransada yeni bir koronavirus ilə yoluxma hallarının sayı 100 mini keçdi.
Trend-in məlumatına görə, bu barədə Fransa Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib.
J.Salomon əlavə edib ki, yoluxma hallarının sayı 103 573-ə yüksəlib:
"Ölüm hallarına gəldikdə, epidemiyanın başlamasından bəri xəstəxanalarda 10129 nəfər öldü, 82%-dən çoxu 70 yaşdan yuxarı insanlardır. 5 600 nəfər qocalar evlərində və digər tibbi və sosial müəssisələrdə öldü".
Beləliklə, həlak olanların sayı 15 729 nəfər təşkil edir.