Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2019 08:00
Bakı. İlhamə İsabalayeva – Trend:
"Ali təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə başlanılıb.
Bunu Trend-ə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, Milli Məclisdə yay tətili ərzində layihənin ilkin versiyasının hazırlanması nəzərdə tutulur: "Düşünürük ki, layihə yay tətili ərzində hazır olsun. Onu MM-in payız sessiyasına təqdim etməyə çalışacayıq".
İ.Həbibbəyli qeyd edib ki, 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" qanunun bir bölməsi ali təhsil üzrədir:
"2009-cu ildən sonra dünya təhsil sistemində böyük dəyişikliklər olub. Çalışacağıq ki, həm dünya təcrübəsində olan dəyişikliklər, həm də Azərbaycan təhsilindəki yeniliklər, perspektivlər layihədə öz əksini tapsın".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin