Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makiyajın dəriyə zərərli təsiri

Makiyajın dəriyə zərərli təsiri

Tarix: 15 Aprel 2020 23:15

Araşdırmalar göstərir ki, kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar var. Təbii ki, bu, insan sağlamlığına, əsasən də dəriyə çox ciddi fəsadlar verə bilər.

Sonxeber.net bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən həkim-dermatoloq Solmaz Orucova deyib: "Makiyajın ən böyük zərəri dərinin nəfəs almasına mane olmasıdır. Elə bunun nəticədir ki, bəzi xanımların üzündə çivzələr əmələ gəlir. Problemlər daha çox yağlı dərilərdə olur. Həmin dərilərdə məsamələr açıq olduğundan ətraf mühitdə olan tozlar məsamələrə girib müəyyən fəsadlar törədə bilər".

Onun dediyinə görə, makiyajın üzə ən böyük təsiri onu uzun müddət təmizləmədikdə yaranır. Onun qarşısını almaq üçün yatmazdan əvvəl mütləq üzü təmizləyici vasitələrlə makiyajdan azad etmək lazımdır.

Kosmetik vasitələrin düzgün seçilməsinə də xüsusi diqqət yetirmək vacibdir.


Etiketlər:  Makiyajın dəriyə zərərli təsiri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ