Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır''

''Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır''

Tarix: 16 Aprel 2020 10:30

Hazırda dünya ölkələrində koronavirus pandemiyasına qarşı geniş şəkildə mübarizə aparılır. Hər bir dövlət bu təhdidə qarşı səfərbər olunub. Azərbaycanda da bu qlobal problemlə ciddi şəkildə mübarizə gedir. Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır.

Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, koronavirusun fəsadlarının azaldılması və ən əsası, əhalinin sağlamlığının qorunması üçün vacib tədbirlər həyata keçirilir.

O qeyd edib ki, bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır.

Deputat vurğulayıb ki, Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır:

"Əlbəttə ki, bu çətin vəziyyətdən çıxmaq üçün birlik və həmrəyliyimiz vacib şərtdir. Amma təəssüflər olsun ki, belə bir vaxtda radikal müxalifət ölkəmizdə yenə də, pozuculuq fəaliyyəti ilə məşğul olur. Radikallar, "beşinci kolon" bu dəfə də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır. Radikal müxalifət üçün pandemiya mövzusu yeni "imkanlar açıb".

Belə ki, onlar bu bəladan istifadə edərək ölkədə sabitliyi pozmağa cəhd göstərirlər. Bütün dünyada pandemiya ilə bağlı qaydalar tətbiq olunur, Avropanın ən inkişaf etmiş ölkələrində xüsusi karantin rejimi tətbiq edilir, bu qaydaları pozanlar yüksək məbləğdə cərimə edilirlər. Belə bir şəraitdə, Azərbaycanda da karantin rejiminin tətbiq olunması çox düzgün addımdır. Lakin radikallar, "5-ci kolon" bu addımlara öz məntiqləri ilə hüquq və azadlıqların məhdudlaşdırılması kimi yanaşırlar".

C.Osmanov qeyd edib ki, bu iddiaların heç bir əsası yoxdur:

"Çünki bütün dünyanın bu bəlaya qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda, ölkəmizdə radikalların məlum mövqeyi tamamilə yanlışdır, həm də gülüncdür. Bu fakt bir daha təsdiqləyir ki, radikal müxalifətin, "milli şura" deyilən qurumun Azərbaycan xalqına heç bir aidiyyatı yoxdur. Onlar hətta bütün əhali üçün böyük təhlükə mənbəyi olan koronavirus infeksiyasından öz çirkin məqsədləri üçün istifadə etməkdən çəkinmirlər. Açığı, onların proseslərə məlum yanaşması vətəndaş kimi məndə belə bir təəssürat yaradır ki, radikal müxalifət təmsilçiləri öz məntiqlərində koronavirusa yoluxublar. Azərbaycan xalqı bu ünsürləri çoxdan rədd edib və belələrinə ölkəmizin siyasi səhnəsində yer yoxdur. Eləcə də, xaricdəki anti-azərbaycançı qüvvələrin əlində alət, "oyuncaq" olan sapı özümüzdən olan baltalara cəmiyyətimizdə böyük nifrət var. Çünki erməni lobbisinin pulu ilə öz dövlətinə qarşı şər və böhtan kampaniyası aparanlara münasibət belə olmalıdır. Onlar hər hansı iddia, "bəyanat" səsləndirərkən yalnız özləri deyib-özləri eşidirlər. Cəmiyyətimizdə onların heç bir dayağı yoxdur və bundan sonra da olmayacaq".


Etiketlər:  Azərbaycan hökuməti ölkə əhalisinin sağlamlığının qorunması iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımları atır


RƏYLƏR